2022-10-02

“Bank Avrasiya” ASC üçün GNI avtomatlaşdırılmış bank sisteminin tətbiqi


GNI komandası “Bank Avrasiya” ASC üçün GNI Software avtomatlaşdırılmış bank sisteminin tətbiqini uğurla həyata keçirmişdir. Avtomatlaşdırılmış bank sistemi ilə yanaşı, maliyyə monitorinqinin idarə edilməsi üzrə “GNI AML & Antifraud Management” sistemi, İnternet-bankçılıq sisteminin beta versiyası “GNI@Bank247”, tranzaksiya və analitik hesabatlılıq sistemi, həmçinin Bankın fəaliyyət proseslərinin tam avtomatlaşdırılmasını təmin etmək məqsədilə digər müvafiq alt sistemlər və modullar tətbiq olunmuşdur.

Hazırda Bankda insan resurslarının idarə edilməsi sistemi (HRMS), internet-bankçılıq sisteminin yeni versiyası, fiziki və hüquqi şəxslər üçün mobil tətbiqlər və tərəflər arasında razılaşdırılmış digər alt sistem və modulların tətbiqi üzrə işlər davam etdirilməkdədir.