2021-04-30
Azərbaycan Respublikasının KOB-ları üçün “GNI Online ERP” bulud sisteminin pilot işə salınması.
“GNI” şirkəti Azərbaycan Respublikası sahibkarları üçün onlayn ERP sistemi “GNI Online ERP” -in pilot layihəsini uğurla işə salmışdır.
Sözügedən sistem “GNI” bulud xidmətləri üzərində işləyir və sahibkarlara avadanlıq və proqram təminatı almadan proseslərini avtomatlaşdırmağa imkan verir. Sistemdən istifadə etmək üçün yalnız abunə qeydiyyatı kifayətdir. “GNI Online ERP” sisteminə CRM, anbar, satışlar, müqavilə və ödənişlərin idarə olunması, HRM, əsas vəsaitlərin idarə olunması, vergi və digər tələb olunan hesabatlar daxil olmaqla, şirkətlərin uğurlu fəaliyyəti üçün bütün zəruri modullar daxildir.