2021-05-31

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi üçün kənd təsərrüfatı məhsullarının uçotu və satışının onlayn sisteminin işə salınması.


GNI komandası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin əməkdaşları ilə birgə kənd təsərrüfatı məhsullarının alıcıları üçün onlayn ERP sistemini uğurla hazırlayıb tətbiq etmişdir. Sözügedən sistem, dövlət subsidiyalarının avtomatik təsdiqlənməsini nəzərə alaraq, məhsulların alınmasından satışına qədər bütün biznes proseslərinin tam avtomatlaşdırılmasını təmin edir.

Təqdim olunan uçot sistemi əməliyyatların həm offline (satış nöqtələrində), həm də online olaraq tapagro.az marketplace platforması vasitəsilə aparılmasını təmin edir.