2020-02-16
|
“GNI Software” şirkəti ‘NeoTech’ şirkəti ilə əməkdaşlıq çərçivəsində kənd təsərrüfatında ‘yaşıl’ texnologiyalar (günəş enerjisi) üzrə birgə həll təqdim etmişdir. Sözügedən həll quru pomidor və tərəvəzlərin hazırlanması prosesinin bütün mərhələlərinin — yuyulmasından, doğranmasından tutmuş qurudulması və qablaşdırılmasına qədər — tam avtomatlaşdırılmasını təmin edir və unikal texnologiyalardan istifadə edir. Bu texnologiya heç bir kimyəvi maddə tətbiq etmədən, bütün mikroelementləri qoruyaraq, rekord müddətdə qurudulmanı təmin edir. Bütün proses GNI Software tərəfindən hazırlanmış “cloud-based” proqram təminatı ilə idarə olunur, bu proqram təminatı hər biznes-proses mərhələsini nəzarətdə saxlayır və xüsusi mobil tətbiq vasitəsilə avtomatik olaraq nəzarət “pushup” bildirişləri göndərir. |