Biz razılaşdırılmış texniki tapşırıqlar / texniki spesifikasiyalar əsasında proqram təminatının inkişafı üzrə hər cür vəzifəni müştəri tərəfindən göstərilən müddət ərzində yerinə yetiririk.
Mütəxəssislər komandamız müxtəlif proqram həllərinin inkişafı və layihələrin idarə olunması sahəsində uzun illər təcrübəyə malikdir. İstifadə olunan proqramlaşdırma dilləri: PL/SQL, SQL, JAVA, JS. Eyni zamanda, tələb olunan sistemlərin yaradılması üçün aşağıdakı proqram platformalarından istifadə olunur: Oracle APEX, JAVA Spring, JAVA Play, REACT, REACT Native.
Komandamızda həmçinin təcrübəli konsultantlar, testçilər və proqram kodlarının keyfiyyətinin tövsiyə olunan qaydalara (guidelines) uyğun olaraq yoxlanmasını təmin edən mütəxəssislər fəaliyyət göstərir. Bu səbəbdən biz beynəlxalq səviyyədə keyfiyyətli xidmətləri münasib qiymətlərlə təmin edirik.