Haqqında



Şirkətin tarixi 2008-ci ildən başlayır. Şirkətin təsisçiləri informasiya və maliyyə texnologiyaları sahəsində 20 ildən artıq beynəlxalq təcrübəyə malik ekspertlərdir, maliyyə və korporativ sektorda proqram təminatı həllərinin uğurla tətbiqi ilə məşğuldurlar.

Son illər ərzində peşəkar komandamız və təsisçi tərəfdaşlarımız müasir «Oracle», «JAVA», «REACT» və digər texnologiyalar əsasında “in-house” proqram təminatı həlləri yaradaraq uğurla tətbiq etmişdir. Nəticədə beynəlxalq «GNI & GAIA BİLGİ SİSTEMLERİ» şirkətlər qrupunun formalaşması baş vermişdir. Bu qrupun Avstriya, Türkiyə, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Qırğızıstanda ofisləri fəaliyyət göstərir və hazırda onun tərkibinə «GNI SOFTWARE» (Azərbaycan) daxildir.

«GNI Software» 2010-cu ildə yaradılmış və “turnkey” prinsipi üzrə Kompleks İT həlləri təqdim etməyə ixtisaslaşmışdır. Şirkət banklar, qeyri-bank təşkilatları, lizinq şirkətləri, lombardlar, fondlar, hədəfli maliyyələşdirmə agentlikləri və digər maliyyə təşkilatları üçün proqram təminatı həlləri təklif edir.

Bundan əlavə, biz dövlət təşkilatları üçün xüsusi həllər təqdim edirik, o cümlədən: Kredit-Zəmanət Fondları (İpoteka Fondu, Aqrofondu və digər ixtisaslaşmış fondlar), Əmanətlərin Sığortalanması və Zəmanət Fondları, Poçt şirkətləri və digər dövlət qurumları üçün həllər.

Biz peşəkar komandamızla fəxr edirik – 250-dən çox əməkdaş, maliyyə sektoru üçün proqram təminatının hazırlanması və tətbiqi sahəsində geniş və uğurlu təcrübəyə malikdir. Mütəxəssislərimiz sayəsində maliyyə sektorunun həm özəl, həm də dövlət seqmentində 100-dən artıq layihəni uğurla həyata keçirmişik.

Müştəri ilə etibarlı münasibətlərin qurulması – bütün fəaliyyətimizin əsas təməlidir!