Data Mərkəzlərin və daxili İT infrastrukturlarının qurulması


Bu xidmət çərçivəsində biz bir-biri ilə əlaqəli tam həll paketini təqdim edirik. Paketə aşağıdakılar daxildir:

  • Virtualizasiya sistemlərinin tənzimlənməsi

  • UNIX əsaslı əməliyyat sistemlərinin qurulması

  • Tətbiq serverləri üzrə klasterlərin qurulması

  • Yük balanslaşdırma (Load balancing) sistemlərinin tənzimlənməsi

  • Verilənlər bazalarının (DBMS) tənzimlənməsi

  • Xarici sistemlərlə təhlükəsiz onlayn inteqrasiya üçün infrastrukturun qurulması

  • Proqram məhsullarının (bank və maliyyə sistemləri, ERP sistemləri, onlayn sistemlər və s.) tənzimlənməsi

  • İnformasiya təhlükəsizliyi siyasətinin tətbiqi (IDS və IPS sistemləri)

  • Şəbəkə və kataloq xidmətlərinin quraşdırılması

  • Ehtiyat nüsxələmə və məlumatların saxlanması sistemləri

  • Onlayn monitorinq və idarəetmə

  • Digər əlaqəli blokların qurulması

Xidmətin yüksək keyfiyyətlə təqdim olunması üçün layihə mərhələli şəkildə həyata keçirilir:

  1. Texniki tapşırığın hazırlanması və təsdiqlənməsi: Müştərinin informasiya sistemi üzrə tələbləri hazırlanır, razılaşdırılır və təsdiqlənir.

  2. İş layihəsinin hazırlanması: Texniki tapşırığın icrası üzrə detallar, icra müddətləri və prioritetlər nəzərə alınmaqla layihə hazırlanır.

  3. Layihənin tətbiqi: Hazırlanmış layihə sistemə inteqrasiya olunur.

  4. İş sənədlərinin hazırlanması: Yaradılmış infrastrukturun istismarı və korporativ informasiya sisteminin dəstəyi üçün ətraflı sənədləşmə təmin edilir