Həllər

ERP sistemləri

“GNI@ ERP” sistemi — müəssisələrin bütün əsas fəaliyyət proseslərini idarə etmək üçün nəzərdə tutulmuş avtomatlaşdırılmış sistemdir. Bu sistem həm maliyyə sektoru (banklar, kredit, lizinq, faktoring təşkilatları və s.), həm də qeyri-maliyyə sektoru (ticarət təşkilatları, xidmət sahəsi təşkilatları, o cümlədən İT və tikinti şirkətləri və s.) üçün tətbiq olunur.

İnternet və mobil bankçılıq

«GNI@ BANK24/7» sistemi tərəfdaşlarımızın müştərilərinə məsafədən bank xidmətlərindən istifadə etmə imkanı təmin edir və bir çox əməliyyatları onlayn rejimdə həyata keçirməyə imkan verir. Sistem istənilən vaxt və istənilən cihazdan (PC və ya noutbuk, planşet, mobil telefon) istifadə oluna bilər, cihazın qlobal İnternet şəbəkəsinə çıxışı olması kifayətdir.

Kredit sistemləri

«GNI@ LOAN MANAGEMENT SYSTEM» – bu, kompleks, inteqrasiya olunmuş və modullu biznes-həllidir. Sistem geniş spektrli maliyyə institutlarının strateji və gündəlik kredit proseslərini idarə edir, kiçik maliyyə-kredit təşkilatlarından başlayaraq, istehlak kreditləri verən banklar və ya lizinq şirkətlərinə qədər tətbiq olunur.

Avtomatlaşdırılmış Bank Sistemi

«GNI@ CORE BANKING» – bu, avtomatlaşdırılmış bank sistemi (ABS) olub, istifadəçi WEB interfeysi ilə təmin edilir. Sistem kompleks, inteqrasiya olunmuş və modullu biznes-həldir və bankların strateji və gündəlik (əsas) proseslərini idarə edir.

Kart sistemləri

«GNI@ CORE BANKING» – bu, avtomatlaşdırılmış bank sistemi (ABS) olub, istifadəçi WEB interfeysi ilə təmin edilir. Sistem kompleks, inteqrasiya olunmuş və modullu biznes-həldir və bankların strateji və gündəlik (əsas) proseslərini idarə edir.

Ödəniş sistemləri

“GNI@ PAYMENT HUB” — tələb olunan xarici sistemlərlə onlayn və/və ya oflayn inteqrasiyalar üçün xüsusi inteqrasiya magistralına malik avtomatlaşdırılmış çoxmodullu sistemdir.

Open API inteqrasiya şinləri

“GNI@ DATA EXCHANGE OPEN API” (BaaS) — açıq API (Open API) alt sistemi və inteqrasiya magistralıdır. Bu həll Bankın xidmətlərini tamamilə yeni keyfiyyət səviyyəsinə çıxarmağa və klassik “bank-müştəri” modelini açıq bankçılıq konsepsiyası ilə, xüsusilə Bank-as-a-Service (BaaS) — “Bank xidmət kimi” modeli əsasında əvəz etməyə imkan verir.

AML & Anti-Fraud

“GNI@ AML & ANTI-FRAUD MANAGEMENT” — istifadəçi yönümlü veb-interfeysə malik avtomatlaşdırılmış bank sisteminə inteqrasiya olunan və bütün əsas maliyyə əməliyyatlarını emal edən və nəzarət edən həlldir.

Kredit-Zəmanət Fondları üçün Sistemlər

“GNI@ FUND MANAGEMENT SYSTEM” — istifadəçi yönümlü veb-interfeysə malik avtomatlaşdırılmış bank sistemi (ABS) əsasında qurulmuşdur və dövlət və özəl Kredit-Zəmanət Fondlarının strateji və gündəlik proseslərinin işlənməsi üçün kompleks, inteqrasiya olunmuş modul tipli biznes həllini təqdim edir.

Lizinq sistemləri

“GNI@ LEASING MANAGEMENT SYSTEM” həlli — lizinq şirkətlərinə öz biznes proseslərini texniki mütəxəssislərin köməyinə ehtiyac olmadan, sazlanabilən konstruktorlar vasitəsilə tam qurmaq və inteqrasiya etmək imkanı verən kompleks, inteqrasiya olunmuş modul tipli biznes həllidir.

İslam bankçılığı

“GNI@ ISLAMIC BANKING” həlli — İslam bankçılığı prinsiplərinə uyğun olaraq bütün əsas əməliyyatların tam avtomatlaşdırılmasını təmin edən istifadəçi yönümlü veb-interfeysə malik bir sistemdir.

Xəzinədarlıq sistemləri

“GNI@ TREASURY MANAGEMENT” həlli — Bankın xarici sistemləri ilə bütün mümkün inteqrasiyaları dəstəkləməklə, bütün xəzinədarlıq əməliyyatlarının tam avtomatlaşdırılmasını təmin edən istifadəçi yönümlü veb interfeysə malik bir sistemdir.