2020-06-07

“Bank Respublika” ASC-də GNI ABS-nin tətbiqi layihəsinin tamamlanması.


“GNI Software” şirkəti “Bank Respublika” ASC-nin “Oracle Flexcube”  bank sistemindən mərkəzləşdirilmiş ‘GNI Software’ bank sisteminə keçid və tətbiq layihəsini uğurla tamamlamışdır. Keçid 31.05.2020 tarixində həyata keçirilmişdir. Layihə çərçivəsində bankın daxili sistemləri ilə geniş və hərtərəfli onlayn inteqrasiya təmin edilmişdir:


 

  • «BPM» (Business Process Management);

  • Front-office sistemi;

  • Kart prosessinqi «Compass»;

  • AML sistemi «Tonbeller»;

  • İnternet və mobil bankçılıq sistemləri;

 

  • Digər avtomatlaşdırılmış sistemlər.

 

Yeni sistemə keçid sayəsində “Bank Respublika”ASC Azərbaycanın ən iri banklarından biri olaraq, müştərilərə təqdim olunan rəqəmsal xidmətlərin həcmini artırmaq və xidmət sürətini yüksəltmək imkanlarına sahib olmuşdur. Hal-hazırda “GNI Software” şirkəti ilə “Bank Respublika” ASC arasındakı uğurlu əməkdaşlıq davam edir və yeni planlaşdırılmış layihələr icra olunur.

 

“GNI Software” şirkəti  ‘NeoTech’ şirkəti ilə əməkdaşlıq çərçivəsində kənd təsərrüfatında ‘yaşıl’ texnologiyalar (günəş enerjisi) üzrə birgə həll təqdim etmişdir. Sözügedən həll quru pomidor və tərəvəzlərin hazırlanması prosesinin bütün mərhələlərinin — yuyulmasından, doğranmasından tutmuş qurudulması və qablaşdırılmasına qədər — tam avtomatlaşdırılmasını təmin edir və unikal texnologiyalardan istifadə edir. Bu texnologiya heç bir kimyəvi maddə tətbiq etmədən, bütün mikroelementləri qoruyaraq, rekord müddətdə qurudulmanı təmin edir. Bütün proses GNI Software tərəfindən hazırlanmış “cloud-based” proqram təminatı ilə idarə olunur; bu proqram təminatı hər biznes-proses mərhələsini nəzarətdə saxlayır və xüsusi mobil tətbiq vasitəsilə avtomatik olaraq nəzarət “pushup” bildirişləri göndərir.