2021-06-25
“MuganBank” ASC üçün AML və AntiFraud sistemlərinin tətbiqi
GNI komandası “MuganBank” ASC üçün avtomatlaşdırılmış və çoxfunksiyalı AML və AntiFraud sistemlərinin (GNI AML & AntiFraud) tətbiqini uğurla həyata keçirmişdir. Layihə çərçivəsində bütün razılaşdırılmış modullar və alt sistemlər tətbiq edilmiş, həmçinin Bankın tələb olunan bütün xarici sistemləri ilə — Bankın ABS-i, Internet və mobil bankçılıq sistemləri ilə onlayn inteqrasiyanı təmin edən vahid inteqrasiya aleti hazırlanaraq tətbiq olunmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin sistemləri ilə inteqrasiya da uğurla icra edilmişdir.