Əmanətlərin Sığortalanması Fondu


2019–2020. Depozitlərin sığortalanması proqramında iştirak edən Banklar üçün onlayn portalın qurulması və sazlanması/kastomizasiyası, görülən əməliyyatların identifikasiyası və verifikasiyası üçün dövlətin elektron imza sistemi — ASAN İmza ilə inteqrasiya:

  • Sistemdə giriş;
  • Tələb olunan məlumatların müəyyən edilmiş formatda yüklənməsi;
  • Tələb olunan məlumatların veb-servislər vasitəsilə yüklənməsi;
  • Yerinə yetirilmiş əməliyyatların görüntülənməsi;
  • Digər əməliyyatlar.
  1. Qeyri-sığortalanan depozitlərin uçotu üzrə avtomatlaşdırılmış sistemin qurulması və sazlanması/kastomizasiyası, qeyri-sığortalanan depozitlər üzrə Agent Bankların qeydiyyatı, bu depozitlər üzrə kompensasiyaların hesablanması və ödənilməsi.

 

2018–2019. Ləğv prosesində olan bütün banklar üzrə (12 Bank) bütün müqavilə və əməliyyatların uçotu üçün “Multi-Bank” avtomatlaşdırılmış sisteminin qurulması və sazlanması/kastomizasiyası.

 

2013–2014. Sığortalanmış depozitlərin uçotu, sığortalanmış depozitlər üzrə Agent Bankların qeydiyyatı, sığorta hadisələrinin qeydiyyatı, sığortalanmış depozitlər üzrə kompensasiyaların hesablanması və ödənilməsi üçün avtomatlaşdırılmış sistemin qurulması və sazlanması/kastomizasiyası.