2019–2020. Daşınmaz əmlakın qeydiyyatı və uçotu üzrə avtomatlaşdırılmış sistemin tətbiqi və sazlanması/kastomizasiyası – əmlakın maliyyə lizinqi (tələb olunan şərtlər yerinə yetirildikdə alıcının balansına keçirilməsi ilə icarə) yolu ilə satışının həyata keçirilməsi üçün. “GPP.az” və “ASAN-Pay” ödəniş portalları ilə inteqrasiya, həmçinin müştərilər üçün onlayn veb-portal ilə inteqrasiya.
2019. “ASAN-PAY” ödəniş portalı vasitəsilə ipoteka kreditlərinin onlayn qaydada ödənilməsi üçün klirinq sisteminin tətbiqi və sazlanması/kastomizasiyası. İpoteka veb-portalı üzərindən Bank-iştirakçılarla inteqrasiya (20-dən çox Bank-iştirakçı).
2018. İpoteka subsidiyalarının qeydiyyatı və uçotu, biznes kreditləri üzrə zəmanətlərin və/və ya subsidiyaların qeydiyyatı və uçotu üçün avtomatlaşdırılmış sistemin tətbiqi və sazlanması/kastomizasiyası. Onlayn veb-portal üzərindən Bank-iştirakçılarla klirinq inteqrasiyası (10-dan çox Bank-iştirakçı).
2016. Qəza sığortası və həyat sığortası üzrə sığorta polislərinin qeydiyyatı və uçotu sisteminin tətbiqi və sazlanması/kastomizasiyası, dövlət ödəniş portalı (GPP.az) vasitəsilə sığorta polislərinin onlayn ödənilməsi üçün klirinq sisteminin sazlanması, sığorta və kredit müqavilələri üzrə ödənişlərin korelyasiyasının qurulması. İpoteka veb-portalı üzərindən layihədə iştirak edən sığorta şirkətləri ilə klirinq inteqrasiyası (15-dən çox sığorta şirkəti).
2014. Dövlət ödəniş portalı (GPP.az) vasitəsilə ipoteka kreditlərinin onlayn ödənilməsi üçün klirinq sisteminin tətbiqi və sazlanması/kastomizasiyası. Fiziki şəxslər və Banklar arasında bağlanmış ipoteka kreditlərinin Fondun balansdankənar uçotunun aparılması. İpoteka veb-portalı üzərindən Bank-iştirakçılarla klirinq inteqrasiyası (20-dən çox Bank-iştirakçı).
2012. İpoteka kreditlərinin (Banklar və İpoteka Fondu arasında) uçotu və xəzinə əməliyyatları (tərəfdaş Banklarla əməliyyatlar, qiymətli kağızlarla əməliyyatlar – emissiya və satış) üzrə avtomatlaşdırılmış sistemin tətbiqi və sazlanması/kastomizasiyası. Tətbiq edilmiş sistemin elektron ipoteka veb-portalı ilə inteqrasiyası.