2020. “Oracle Business Intelligence” platforması əsasında məlumat anbarının (DWH – data warehouse), icbari hesabatlılığın və analitik idarəetmə hesabatlılığının qurulması, sazlanması və fərdiləşdirilməsi
2020. Dövlət ödəniş portalı (GPP.az) vasitəsilə aqrokreditlərin onlayn qaydada ödənilməsi üçün klirinq sisteminin qurulması, sazlanması və fərdiləşdirilməsi, həmçinin banklar tərəfindən müştərilərə verilmiş aqrokreditlərin uçotunun aparılması. Veb-portal üzərindən klirinq məqsədilə Bank–iştirakçılar (20-dən çox kredit təşkilatı) ilə inteqrasiya.
2018. Kənd təsərrüfatı avadanlıqları, gübrələr və heyvanların alınması üzrə subsidiyaların qeydiyyatı və uçotu sisteminin qurulması, sazlanması və fərdiləşdirilməsi. Kredit müraciətlərinin işlənməsi prosesinin «Frankfurt Business School» ilə əməkdaşlıq çərçivəsində hazırlanmış “AZALES” skorinq sistemi ilə inteqrasiyası.
2017. Kredit təşkilatları ilə Agentlik arasında aqrokreditlərin və onlara dair əməliyyatların uçotu üzrə avtomatlaşdırılmış sistemin qurulması, sazlanması və fərdiləşdirilməsi. Fermer–sahibkarlar üçün veb-portalın yaradılması və onun Fondun uçot sistemi ilə tam inteqrasiyası. Portalın dövlət elektron imza sistemi “ASAN İmza” ilə inteqrasiyası və aşağıdakı əməliyyatların identifikasiya və verifikasiyası:
Sistemdə giriş;
- Kredit müraciətlərinin qeydiyyatı;
- Maliyyə-kredit təşkilatları tərəfindən memorandumların doldurulması və təsdiqi;
- Fondun Kredit Komitəsi tərəfindən kredit verilməsi barədə qərarın təsdiqi;
- Yerinə yetirilmiş əməliyyatların görüntülənməsi;
- Digər əməliyyatlar.