2018-2019. Ekspert-analitik avtomatlaşdırılmış sistemlərin (“GNI AML”, “GNI Fraud Management”, “GNI CRM Scoring” , “GNI Risk Scoring”) tətbiqi və tənzimlənməsi, həmçinin onların müvafiq dövlət xidmətləri ilə inteqrasiyası.
2017-2018. Avtomatlaşdırılmış bank sistemi üçün yeni versiyanın tətbiqi (“GNI v3.2”-dən “GNI v5.01”-ə keçid).
2016-2017. “TaxBank” sisteminin tətbiqi və tənzimlənməsi, bütün daxil olan vergi tapşırıqlarının və onların surətlərinin avtomatik uçotu, fərdi sahibkarlar və hüquqi şəxslərin vergi öhdəliklərinin yerinə yetirilməsi üçün tələb olunan ödəniş tapşırıqlarının avtomatik formalaşdırılması.
2016. Kart əməliyyatları, bankomatlar və POS-terminal əməliyyatlarının uçotu üçün kart back-ofis sisteminin tətbiqi və tənzimlənməsi.
2015. Avtomatlaşdırılmış bank sisteminin tələb olunan modullarının “AzeriCard” lokal prosessinq mərkəzi ilə onlayn inteqrasiyası.
2015. Avtomatlaşdırılmış bank sisteminin tələb olunan modullarının “Terrasoft” şirkətinin “BPM” sistemi ilə onlayn inteqrasiyası.
2014. Məlumat anbarının (DWH - data warehouse), məcburi hesabatların, analitik idarəetmə hesabatlarının və MÜS (Beynəlxalq Maliyyə Hesabatı Standartları) hesabatlarının “Oracle Business Intelligence” əsasında tətbiqi və tənzimlənməsi.
2013-2014. İslam maliyyələşdirmə sistemlərinin – “İslam Pəncərəsi” avtomatlaşdırılmış sistemlərinin tətbiqi və tənzimlənməsi.
2013. Avtomatlaşdırılmış bank sisteminin tələb olunan modullarının “BSS” internet-banking sistemi ilə onlayn inteqrasiyası.
2010-2011. Avtomatlaşdırılmış bank sisteminin, tranzaksiya CRM sisteminin, depozit sistemlərinin (demand və term deposit hesabları daxil olmaqla), depozit bölmələrinin idarəedilməsi sistemlərinin, kredit sistemlərinin (kredit müqavilələri, kredit monitorinqi və NPL proseslərinin idarə olunması daxil olmaqla), girov və sənəd əməliyyatları sistemlərinin, nağd və nağdsız pul köçürmələri sistemlərinin, ERP sistemlərinin, ödəniş və xəzinə sistemlərinin tətbiqi və tənzimlənməsi.