2017-2018. Avtomatlaşdırılmış ekspert-analitik sistemlərin tətbiqi və tənzimlənməsi/özəlləşdirilməsi: “GNI AML”, “GNI Fraud Management” və onların müvafiq dövlət xidmətləri ilə inteqrasiyası.
2017. Fiziki və hüquqi şəxslər üçün internet bankçılıq “GNI @WEB BANK247” və mobil bankçılıq “GNI @MOBILE BANK247” sistemlərinin tətbiqi və tənzimlənməsi/özəlləşdirilməsi. “GNI @WEB BANK247” və “GNI @MOBILE BANK247” sistemlərinin əməliyyatların identifikasiyası və təsdiqi üçün dövlət elektron imzaları sistemi “ASAN Signature” ilə inteqrasiyası. Fiziki şəxslər üçün biometrik identifikasiya və təsdiq üsullarının tətbiqi, həmçinin “Alfresco” proqram platforması əsasında “GNI Documents Management” elektron sənəd dövriyyəsi sisteminin tətbiqi.
2016-2017. “TaxBank” sisteminin tətbiqi və tənzimlənməsi/özəlləşdirilməsi – bütün daxil olan vergi tapşırıqlarının və surətlərinin avtomatik uçotu, fərdi sahibkarlar və hüquqi şəxslər üçün vergi öhdəliklərinin yerinə yetirilməsi məqsədilə tələb olunan ödəniş tapşırıqlarının avtomatik formalaşdırılması.
2016. Avtomatlaşdırılmış bank sisteminin yeni versiyasının tətbiqi (“GNI v3.2”-dən “GNI v5.0”-a keçid).
2015. Avtomatlaşdırılmış bank sisteminin tələb olunan modullarının “AzeriCard” yerli prosesinq mərkəzi ilə onlayn inteqrasiyası.
2013-2014. Məlumat anbarı (DWH - data warehouse), zəruri hesabatlıq, analitik idarəetmə hesabatlığı və Beynəlxalq Maliyyə Hesabatı Standartları (МСФО) üzrə hesabatların “Oracle Business Intelligence” platforması əsasında tətbiqi və tənzimlənməsi/özəlləşdirilməsi.
2011-2012. Kart əməliyyatları, bankomatlar və POS-terminal əməliyyatlarının uçotu üçün kart back-sistemin tətbiqi və tənzimlənməsi/özəlləşdirilməsi, bankın mobilləşmiş filiallarının avtomatlaşdırılması üçün onlayn/offline sistemin tətbiqi.
2011. Avtomatlaşdırılmış bank sistemi, tranzaksiya CRM sistemi, depozit sistemləri (o cümlədən tələb üzrə və müddətli əmanətlər), depozit hüceyrələrinin idarə olunması, kredit sistemləri (o cümlədən kredit müqavilələri, kredit monitorinqi və NPL proseslərinin idarə olunması), girov və sənəd əməliyyatlarının idarə olunması, nağd və nağdsız pul köçürmələri, ERP sistemləri, ödəniş və xəzinədarlıq sistemlərinin tətbiqi və tənzimlənməsi/özəlləşdirilməsi.