“Bank of Azerbaijan” ASC
2013-2014. «Oracle Business Intelligence» platforması əsasında verilənlər anbarının (DWH - Data Warehouse) tətbiqi və fərdiləşdirilməsi, məcburi hesabatların, analitik idarəetmə hesabatlarının və MSFO (Beynəlxalq Maliyyə Hesabatları Standartları) hesabatlarının hazırlanması.
2013-2014. Fiziki və hüquqi şəxslər üçün internet bankçılıq sistemi “GNI @WEB BANK247” və mobil bankçılıq sistemi “GNI @MOBILE BANK247”-in tətbiqi və fərdiləşdirilməsi. “GNI @WEB BANK247” və “GNI @MOBILE BANK247”-in dövlətin elektron imza sistemi «ASAN Signature” ilə inteqrasiyası, əməliyyatların identifikasiyası və təsdiqi üçün. Fiziki şəxslər üçün biometrik identifikasiya və təsdiq üsullarının tətbiqi, eləcə də “GNI Documents Management” elektron sənəd dövriyyəsi sisteminin “Alfresco” proqram platforması əsasında tətbiqi.
2013. Kart əməliyyatları, bankomatlar və POS-terminalar üçün kart back-ofis sisteminin tətbiqi və fərdiləşdirilməsi, tətbiq olunan sistemin «in-house» kart prosessinq mərkəzi «Ocean-SmartSoft» ilə tam və onlayn inteqrasiyası.
2012-2013. Avtomatlaşdırılmış bank sistemi, tranzaksiya CRM sistemi, depozit sistemləri (istəyə bağlı və müddətli hesablar daxil olmaqla), depozit qutularının idarəetmə sistemi, kredit sistemləri (kredit müqavilələri, kredit monitorinqi və NPL proseslərinin idarə edilməsi daxil olmaqla), girov və sənəd əməliyyatlarının idarə edilməsi sistemləri, nağd və qeyri-nağd pul köçürmələri sistemləri, ERP sistemləri, ödəniş və xəzinə sistemlərinin tətbiqi və fərdiləşdirilməsi.