“DəmirBank” ASC
2017. Fiziki və hüquqi şəxslər üçün “GNI @WEB BANK247” internet və “GNI @MOBILE BANK247” mobil bankçılıq avtomatlaşdırılmış sistemlərinin tətbiqi və fərdiləşdirilməsi. Sistemlərin “ASAN Signature” dövlət elektron imza sistemi ilə inteqrasiyası, əməliyyatların identifikasiyası və təsdiqi üçün. Fiziki şəxslər üçün biometrik identifikasiya və təsdiq üsullarının tətbiqi, eləcə də “GNI Documents Management” elektron sənəd dövriyyəsi sisteminin “Alfresco” platforması əsasında tətbiqi.
2016-2017. Avtomatlaşdırılmış ekspert-analitik sistemlərin “GNI AML” və “GNI Fraud Management” tətbiqi,fərdiləşdirilməsi və müvafiq dövlət xidmətləri ilə inteqrasiyası.
2016-2017. Kart əməliyyatları, ATM və POS terminallarının uçotu üçün kart back-end sisteminin tətbiqi və fərdiləşdirilməsi. Tətbiq edilmiş sistemin “in-house” kart prosessinq mərkəzi “Ocean-SmartSoft” və xarici yerli prosessinq mərkəzi “MilliCard” ilə tam onlayn inteqrasiyası.
2015-2016. Avtomatlaşdırılmış bank sisteminin, kredit və depozit sistemlərinin, o cümlədən müddətli əmanətlər və tələb olunan hesablar, ödəniş və xəzinə sistemlərinin tətbiqi və fərdiləşdirilməsi. “SAP CRM” və “SAP ERM/HRMS” sistemləri ilə onlayn inteqrasiya.
2015-2016. “TaxBank” sisteminin tətbiqi və fərdiləşdirilməsi: daxil olan bütün vergi tapşırıqlarının və onların surətlərinin avtomatik uçotu, fərdi sahibkarlar və hüquqi şəxslər üçün ödəniş tapşırıqlarının avtomatik hazırlanması.
2014-2015. Problemli kreditlərin idarə olunması (NPL management) və verilmiş kreditlərin monitorinqi sisteminin tətbiqi.
2013-2014. Avtomatlaşdırılmış kredit “BPM” sisteminin, girov və sənəd əməliyyatları idarəetmə sistemlərinin, pul köçürmələri sistemlərinin, həm yerli, həm də beynəlxalq ödəniş sistemlərinin tətbiqi və fərdiləşdirilməsi. Tətbiq edilmiş sistemlərin “SAP” sistemləri ilə inteqrasiyası.