“Neo Consulting” MMC


2020. “Neo Consulting” MMC-nin müştərilərinə onlayn konsaltinq xidmətləri göstərmək üçün platformanın yaradılması və dövlət orqanlarının mövcud sistemləri, reyestrlər, tərəfdaşlar və şirkət müştəriləri ilə inteqrasiyanı təmin edən inteqrasiya interfeysinin (API) hazırlanması.

 

Sözügedən həll onlayn ERP sistemi yaratmağı nəzərdə tutur və avtomatik olaraq tələb olunan hesabatların, o cümlədən tənzimləyici vergi hesabatlarının hazırlanmasını, həmçinin maliyyə, mühasibat, vergi və hüquqi sahələrdə onlayn konsultasiyaların göstərilməsini təmin edir.

Layihə çərçivəsində aşağıdakı xarici sistemlərlə bütün zəruri inteqrasiyalar həyata keçirilmişdir:

MilliOn (million.az portalı) – ödəniş aqreqatoru;

GoldenPay (hesab.az portalı) – ödəniş aqreqatoru;

Asan Service – inzibati elektron xidmətlər göstərən dövlət mərkəzi;

Ödəniş sistemləri ilə inteqrasiya interfeysi (internal payments – əgər əməliyyatda iştirak edən hər iki kontragentin hesabları tərəfdaş bankda qeydiyyatdan keçibsə, XOHKS, AZIPS, SWIFS, IPS) – ödəniş tapşırıqlarının icrasına göndərilməsi üçün;

Sığorta tərəfdaşlarının avtomatlaşdırılmış sistemi ilə inteqrasiya interfeysi (sığorta polisinin qeydiyyatı və onun üzrə ödənişlərin həyata keçirilməsi).

Əlavə olaraq, layihə bir sıra müasir texnologiyaların, o cümlədən NoSQL verilənlər bazaları və digər texnologiyaların, həmçinin “open source” həllər əsasında istifadəsini nəzərdə tuturdu.