2022-09-14
GNI komandası “Naxçıvanbank”da ASC GNI Software avtomatlaşdırılmış bank sisteminin tətbiqinə başlamışdır.
GNI komandası “Naxçıvanbank”da ASC -nin GNI Software avtomatlaşdırılmış bank sisteminin tətbiqi işlərinə başlamışdır. İşlər həm mövcud biznes proseslərinin və məhsulların avtomatlaşdırılması və optimallaşdırılması, həm də yeni biznes prosesləri və məhsulların tətbiqi istiqamətində həyata keçirilir.
GNI Software ABS ilə yanaşı aşağıdakı proqram həllərinin də tətbiqi nəzərdə tutulur:
* “GNI AML & Antifraud Management” maliyyə monitorinqi sistemi;
* Kart alt sistemi və onun istifadə olunan prosessinq mərkəzi ilə inteqrasiyası;
* İnternet-bankçılıq sistemi “GNI@BANK247”;
* Mərkəzi Bank üçün hesabatlılıq sistemi.
Tətbiq işlərinin 2023-cü ilin II rübü ərzində tamamlanması planlaşdırılır.