2022-10-30

Ukraynanın Gənclər üçün Mənzil Tikintisi Dövlət Dəstəyi Fondunda GNI avtomatlaşdırılmış sisteminin tətbiqi


GNI komandası Almaniyanın KFW bankının maliyyə vəsaitləri hesabına və beynəlxalq konsaltinq qrupu IPC – Internationale Projekt Consult GmbH şirkətinin dəstəyi ilə Ukraynanın Gənclər üçün Mənzil Tikintisi Dövlət Dəstəyi Fondunda (https://www.molod-kredit.gov.ua/
) kompleks avtomatlaşdırılmış sistemin tətbiqi layihəsinə başlamışdır.

Layihə çərçivəsində aşağıdakı sistem və alt sistemlərin tətbiqi nəzərdə tutulur:
* GNI@CoreBanking – GL-menecment, sistemin əsas nüvəsi, uçot siyasətinin idarə edilməsi və digər əsas funksional bloklar;
* GNI@CRM – müştəri münasibətlərinin idarəetmə sistemi;
* GNI@LMS – kredit və girovların idarə edilməsi, subsidiyalaşdırma və kompensasiya məhsullarının idarə olunması və digər funksiyalar;
* GNI@AML&AntiFraud – AML və froud menecmenti, o cümlədən qara siyahıların idarə edilməsi və aidiyyəti nəzarət mexanizmləri;
* GNI@NPL – problemli kreditlərin idarə edilməsi;
* GNI@DataExchange (OPEN API) – Fondun tələb olunan xarici informasiya sistemləri ilə inteqrasiya üçün vahid inteqrasiya alətinin tətbiqi.