|
Layihələr: · 2021 – Avtomatlaşdırılmış AML və AntiFraud sisteminin (GNI AML & AntiFraud) hazırlanması və tətbiqi. Layihə aşağıdakı əsas funksional blokları və alt-sistemləri əhatə edir: · Göstəricilərin yaradılması və idarə olunması; · Yoxlama ssenarilərinin yaradılması və idarə olunması; · Qara siyahıların yaradılması və idarə olunması (World Check beynəlxalq sistemi ilə onlayn inteqrasiya); · Əməliyyatların onlayn və offline nəzarəti; · Potensial şübhəli əməliyyatların analiz və təsdiq alt-sistemi; · Sapmaları aşkar etmək üçün analitik və statistik modellər; · Bank və tənzimləyici orqan (Azərbaycan Respublikasının Maliyyə Monitorinq Xidməti) üçün hesabat və bildirişlərin avtomatik yaradılması. Layihə çərçivəsində bankın bütün tələb olunan sistemləri ilə onlayn inteqrasiya üçün vahid inteqrasiya şinləri (API) hazırlanmış və tətbiq edilmişdir: bankın ABS sistemi, internet və mobil bankçılıq sistemləri, həmçinin Azərbaycan Respublikasının Maliyyə Monitorinq Xidmətinin tələb olunan sistemləri ilə onlayn inteqrasiya.
|